15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Onlardan biri, “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi Ravin Alməmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıb.
İdmançımız birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub.
O, təkanla qaldırma hərəkətində 157 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 4-cü pillədə qərarlaşıb.
Toplam 282 kq (125+157) nəticə göstərən Ravin Alməmmədov yekun sıralamada 5-ci yeri tutub.