Ravin Alməmmədov qüvvəsini sınadı

İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi davam edir. Yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edir. Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılıb.
Bu gün onlardan daha biri – Ravin Alməmmədov körpücük üzərinə qalxıb. O, 81 kq çəki dərəcəsində çıxış edib.
Atletimiz toplam 326 kq (145+181) nəticə ilə 9-cu yeri tutub.
Paylaş
Şərh yaz