Ravin Alməmmədovdan 5 Azərbaycan rekordu!

 

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində son yarış günü davam edir. Turnirdə iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın atlet qeydiyyatdan keçib.

Çəkisi 81 kq-a qədər olan atletlərin mübarizəsi maraqlı alınıb. Toplam 307 kq (136+171) çəkinin öhdəsindən gələn Ravin Alməmmədov qızıl medala sahib çıxıb. Toplam 258 kq (115+143) nəticə göstərən Hüseyn Heydərov gümüş, toplam 228 kq (105+123) nəticə göstərən Nicat Babayev isə bürünc medala layiq görülüb.

Ravin Alməmmədovun nəticə əlamətdar olub. Onun birdən qaldırmada ram etdiyi 136 kq yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kq və toplamdakı 307 kq nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordudur.

Təbrik edirik!

 

81 kq

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəki Birdən Təkanla Toplam
1. Ravin Alməmmədov 2006 Qazax “Göyəzən” AAK 75.50 136 171 307
2. Hüseyn Heydərov 2008 Lənkəran UGİŞM / “Təhsil” RİM 79.52 115 143 258
3. Nicat Babayev 2007 Lənkəran “Zirvə” İK 76.57 105 123 228
4. Dilavər Süleymanov 2006 Bakı “Herkules” İK 74.37 102 123 225
5. Yaşar Qurbanov 2007 Bakı “Spartak” KBTİC 78.75 90 125 215
6. Nihat Daşdiyev 2007 Bakı “Spartak” KBTİC 78.78 60 70 130
7. Barat Atababayev 2008 Qobustan UGİM / Gİİ 80.74 51 61 112
8. Abbas Qasımov 2008 Cəlilabad “Ümüd İK 78.03 53 0 0

 

 

Paylaş
Şərh yaz