Ravin Məmmədov qızıl medalçıdır

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilir.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə oğlanlar 46 kq çəki dərəcəsində mübariz aparıblar.

Qazax atleti Ravin Məmmədov toplam 136 kq (60+76) nəticə ilə qızıl medalçı adını qazanıb. Yunis Həsənli 132 kq (61+71) nəticə ilə gümüş, Elmar Səfərov isə 116 kq (53+63) nəticə ilə bürünc medala sahib çıxıb.

46 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Məmmədov Ravin 2006 Qazax Zirvə 45.8 60 76 136
2. Həsənli Yunis 2005 Lənkəran Zirvə 45.3 61 71 132
3. Səfərov Elmar 2005 Neftçala Zirvə 45.3 53 63 116
4. Mustafayev Nurlan 2006 Qazax UGİM 45.8 52 62 114
5. Rüstəmov Yusub 2005 Lənkəran Təhsil 45.5 48 63 111
6. Mürsəliyev Ağadadaş 2005 Qobustan Zirvə 44.8 41 56 97
7. Yerevanlı Mübariz 2005 Qazax UGİM 43.3 42 52 94
8. Quluzadə Mətin 2006 Goranboy UGİM 44.6 42 50 92
9. Aslanov Hüseyn 2006 Lerik Zirvə 45.3 38 53 91
10. Süleymanov Dilavər 2006 Xırdalan Zirvə 43.3 37 48 85
11. Nəzərov Nəcəf 2006 Qobustan Zirvə 44.9 35 44 79
12. Məmmədov Elxan 2007 Goranboy UGİM 45.9 32 40 72

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Paylaş
Şərh yaz