Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Azərbaycan çempionatının açılış mərasimindən sonra AAAF-ın baş katibi Rizvan Rəsulov yarışın keçirilmə məqsədi və qarşıdakı yarışlar barədə çoxsaylı KİV nümayəndələrinə müsahibə verib.
AAAF TV həmin müsahibəni təqdim edir: