Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibidir!

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Yaşı 17-yə qədər olan oğlanlar arasında 67 və 73 kq-a qədər olan qalibi müəyyən ediblər. 67 kq çəki dərəcəsində toplam 260 kq (115+145) nəticə ilə Rüstəm Qasımov, 73 kq-da isə toplam 237 kq (105+132) nəticə ilə Nurlan Rəsulov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Təbrik edirik!

Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

 

67 kq.  U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Qasımov Rüstəm 2002 Lənkəran Aviator-Təhsil 66.30 115 145 260
2. Cavadov Ömər 2002 Xırdalan Aviator-Zirvə 65.00 107 125 232
3. Əskərzadə Samir 2002 Neftçala Zirvə 65.90 105 125 230
4. Əliyev Murad 2003 Sumqayıt Aviator-Zirvə 64.70 106 120 226
5. Nəbiyev Kamil 2003 Bakı Spartak 64.30 85 110 195
6. Hacıyev Həsən 2003 Sumqayıt Təhsil 62.60 60 77 137

 

73 kq. U-17.

N Adı İl Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Rəsulov Nurlan 2002 Xırdalan Zirvə 69.30 105 132 237
2. Sahibov Həsənağa 2002 Qobustan UGİM 69.40 105 126 231
3. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 67.80 90 110 200
4. Yusifov Murad 2003 Goranboy Təhsil 68.10 75 95 170

 

Paylaş
Şərh yaz