22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Millimizin daha iki üzvü – Fidan Mirzəzadə və Səma Mayılova yaşı 15-ə qədər qızların mübarizəsində 63 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Fidan Mirzəzadə birdən qaldırma hərəkətində 59 kq nəticə ilə 6-cı, təkanla qaldırma hərəkətində 73 kq nəticə ilə 7-ci, toplam 132 kq (59+73) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Səma Mayılova isə birdən qaldırma hərəkətində 61 kq nəticə ilə 5-ci, təkanla qaldırma hərəkətində 76 kq nəticə ilə 6-cı, toplam 137 kq (61+76) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.