Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. İlk yarış günündə körpücük üzərinə yaşı 15 və 17-yə qədər olan qızlar çıxıb. Onlar yaş qrupları üzrə Sinkleyr cədvəlinə əsasən mütləq qalibləri müyyən ediblər.
Yaşı 15-ə qədər olan qızların mübarizəsində toplam 136 kq (59+77) çəki və 191.41 xalla Səma Mayılova qalib gəlib. İdmançımız yarış təəssüratlarını AAAF TV ilə bölüşüb: “Bütün məşqçilərimə təşəkkür edirəm. Yarışdakı çıxışım çox xoşuma gəldi və buna görə sevinirəm. Bir sözlə, yaxşı nəticə göstərdim”.