Sənan Mirzəyev B qrupunda 1-ci oldu

19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Sənan Mirzəyev 85 kq çəki dərəcəsinin B qrupunda yarışıb. O, birdən qaldırma hərəkətində 125 kq, təkanla qaldırmada isə 159 kq-ı ram etdi. Atletimiz 284 kq (125+159) nəticə ilə bütün rəqiblərini üstələyərək B qrupunda 1-ci yerə çıxdı. Yekun sıralamada isə Sənan 11-ci yeri tutub.

Paylaş
Şərh yaz