21 aprel – 2 may tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələ yarışları keçirilib.
Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olub.
Son olaraq yarışların Lənkəran mərhələsi keçirilib. Mayın 1-2-də Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən atletlər medallar uğrunda mübarizə aparıblar. 150-yə yaxın atlet qüvvəsini sınayıb.
Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.
Mərhələ yarışları ildə 4 dəfə keçirilir.
Lənkəran mərhələsinin nəticələri ilə aşağıda tanış ola bilərsiniz:
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action