Seçmə mərhələ yarışları keçiriləcək

01 – 09 aprel tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələsi yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda aprelin 01-02-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 5-6 aprel tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, 8-9 apreldə isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Seçmə mərhələ yarışlarına qatılacaq idmançıların ilkin yanaşma tələbləri:

Çəki dərəcələri/kq/ 16 yaş /kq/ 15 yaş /kq/ 14 yaş /kq/ 13 yaş /kq/ 12 yaşadək /kq/
1 26 65 55 45 35 30
2 30 70 60 50 40 35
3 34 75 65 55 45 40
4 38 80 70 60 50 45
5 42 85 75 65 55 50
6 46 90 80 70 60 55
7 50 95 85 75 70 60
8 56 105 90 80 75 65
9 62 115 100 85 80 70
10 69 130 110 90 85 75
11 +69 145 125 105 95 85

* 17 yaşlı idmançılar üçün ilkin yanaşma – III  dərəcə

* 18 yaş və daha böyüklər üçün ilkin yanaşma – II dərəcə

Seçmə mərhələ yarışları təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçiriləcəkdir.

Yarışların vaxt cədvəli ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Abşeron. 1-2 aprel.

Qrup Yarış
1 aprel
Qadınlar və 2007-ci illər 11:00
2006-cı illər 12:30
2005-ci illər 13:30
2004-cü illər 15:30
2003-cü illər 17:30
2 aprel
2002-ci illər 11:00
2001-ci illər 12:30
2000-ci illər 14:30
1999-cu illər və yuxarı 15:30

Çəkilmə hər yarış qrupundan 2 saat öncə başlanır.

Lənkəran. 5-6 aprel.

Qrup Yarış
5 aprel
Qadınlar və 2007-ci il oğlanlar 11:00
2006-cı illər 13:30
2005-ci illər 15:00
2004-cü illər 18:00
6 aprel
2003-cü illər 11:00
2002-ci illər 12:30
2001-ci illər 14:00
2000-ci, 1999-cu illər və yuxarı. 15:30

Çəkilmələrin hamısı müvafiq qrupların çıxış etdikləri gün səhər saat 09:00-da başlanır.

Samux. 8-9 aprel

Aprelin 8-də Şəki, Qax, Yevlax və Gəncə, 9-da isə Goranboy, Qazax və Samuxdan olan atletlər körpücük üzərinə çıxacaqlar. Çəkilmə günün əvvəlində – saat 09:00-da başlanacaq. Günlərin vaxt cədvəli yerində tərtib olunacaqdır.

Paylaş
Şərh yaz