Seçmə mərhələ yarışları keçiriləcək

21-29 aprel tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələ yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda aprelin 21-22-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 25-26 aprel tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, aprelin 28-29-da isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000 və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.

 

Seçmə mərhələ yarışlarına qatılacaq idmançıların ilkin yanaşma tələbləri:

 

Çəki dərəcələri/kq/ 16 yaş /kq/ 15 yaş /kq/ 14 yaş /kq/ 13 yaş /kq/ 12 yaşadək /kq/
1. 26 65 55 45 35 30
2. 30 70 60 50 40 35
3. 34 75 65 55 45 40
4. 38 80 70 60 50 45
5. 42 85 75 65 55 50
6. 46 90 80 70 60 55
7. 50 95 85 75 70 60
8. 56 105 90 80 75 65
9. 62 115 100 85 80 70
10. 69 130 110 90 85 75
11. +69 145 125 105 95 85

– 17 yaşlı idmançılar üçün ilkin yanaşma – III  dərəcə

– 18 yaş və daha böyüklər üçün ilkin yanaşma – II dərəcə

– Yarışın qalib və mükafatçıları, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqdır.

 

Yarışların vaxt cədvəli ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Abşeron. 21-22 aprel.

Qrup Yarış
21 aprel
Qadınlar 10:30
2006-cı illər 13:30
2005-ci illər 14:30
2004-cü illər 16:30
22 aprel
2003-cü illər 10:30
2002-ci illər 13:30
2001-ci illər 15:30
2000-ci illər və yuxarı 17:30

 

Lənkəran. 25-26 aprel.

Çəkilmə saat 09:00-da başlanır.

Samux. 28-29 aprel.

Çəkilmə saat 09:00-da başlanır.

Paylaş
Şərh yaz