Selcan Qarayeva da mübarizəyə qoşuldu

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Körpücük üzərinə yaşı 15-ə qədər olan qızlarda Selcan Qarayeva çıxıb. O, 45 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz 121 kq (53+68) nəticə ilə 7-ci yeri tutub.

Paylaş
Şərh yaz