19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.
Son olaraq 94 kq çəki dərəcəsinin B qrupunda Ümidvar Bayramlı mübarizəyə qoşulub. O, birdən qaldırma hərəkətində 115 kq, təkanla qaldırma hərəkətində isə 145 kq-ı ram edib. Toplam 250 kq (115+145) nəticə göstərən atletimiz bu qrupda 5-ci yeri tutub. Ümidvar yekun sıralamada 11-ci yerdə qərarlaşıb.