19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
77 kq çəki dərəcəsinin B qrupunda Şükürlü Mayıl qüvvəsini sınayıb. O, birdən qaldırma hərəkətində 105 kq, təkanla qaldırma hərəkətində isə 138 kq-ı başı üzərinə qaldırıb. Toplam 243 kq (105+138) nəticə göstərən Mayıl bu qrupda 4-cü yeri tutub. O, yekun sıralamada 18-ci yeri tutub.