Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın təlim-məşq toplanışına start verilib. Yanvarın 8-dən 29-na qədər burada olacaq millimizin üzvləri, bundan sonra hazırlıqlarını ölkə xaricində davam etdirəcəklər.
Baş məşqçi Asif Məmmədov və köməkçilərinin rəhbərliyi altında keçiriləcək toplanışın məqsədi daxili və beynəlxalq yarışlara ən güclü heyətin hazırlanmasıdır.