Tarmenxan Babayev beynəlxalq turnirdəki çıxışlarımıza yekun vurdu

Noyabrın 14-17-si tarixlərində Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatmaq üzrədir. 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar.

Millimizin üzvlərindən son olaraq  Tarmenxan Babayev qüvvəsini sınayıb. O, kişilərdə 96 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 313 kq (143+170) nəticə ilə 7-ci yeri tutub.

Paylaş
Şərh yaz