Yaşı 17-yə qədər olan atletlərdə 96 kq çəki dərəcəsində iki atletimiz – Tarmenxan Babayev və Əli Şükürlü qüvvəsini sınayıbar.
Əli Şükürlü toplam 306 kq (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Tarmenxan Babayev birdən qaldırma hərəkətində 145 kq nəticə ilə 4-cü pillədə qərarlaşıb. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 181 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.
Toplam 326 kq (145+181) nəticə ilə Babayev yekun sırlamada 4-cü yeri tutub.
Tarmenxanı təkanla qaldırma hərəkətində qazandığı bürünc medal münasibətilə təbrik edirik!