Tarmenxan Babayev Avropa birinciliyində yarışdı

15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Onlardan daha biri – “Naxçıvan” İdman Klubunun təmsilçisi Tarmenxan Babayev yaşı 20-yə qədər olan idmançılar arasında 96 kq çəki dərəcəsində yarışıb.
O, birdən qaldırma hərəkətində 147 kq çəki ilə bu hərəkətdə 5-ci olub. Ancaq idmançımız sonuncu yanaşmasında qolundan zədə aldığı üçün təkanla qaldırma hərəkətinə çıxa bilməyib və yarışı yarıda bitirib.

Paylaş
Şərh yaz