Ötən il Kosovonun paytaxtı Priştinada 6 Avropa rekordu yeniləyərək çempion olan Tarmenxan Babayev bu dəfə də uğurunu təkrarlayıb!
Atletimiz birdən qaldırma hərəkətində 145 kq nəticə göstərərək bu hərəkətdə gümüş medala sahib çıxıb.
Təkanla qaldırma 180 kq nəticə göstərən Babayev, bu hərəkətdə bütün rəqiblərini üstələyib qızıl medal əldə edib.
Toplam 325 kq (145+180) nəticə ilə Tarmenxan 94 kq çəki dərəcəsində yekun sıralamada hamıdan üstün olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa birinciliyinin ikiqat qalibi adını qazanıb.
Bu möhtəşəm qələbə münasibətilə atletimizi, onun məşqçiləri, qələbədə əməyi olan hər kəsi təbrik edir, çempionluğa görə təşəkkür edirik!
Təbriklər!