19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Onlardan daha biri – Tarmenxan Babayev 69 kq çəki dərəcəsinin B qrupunda yarışıb. O, birdən qaldırma hərəkətində 104 kq, təkanla qaldırmada isə 128 kq-ı ram edib. Toplam 232 kq (104+128) nəticə ilə B qrupunda 6-cı olub. Tarmenxan yekun sıralamada 18-ci yeri tutub.