Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb. Körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 77, 85, 94 və +105 kq olan atletlər çıxıblar.
85 kq çəki dərəcəsində toplam 307 kq (137+170) nəticə ilə Tarmenxan Babayev qızıl medal əldə edib. O yarışdan sonra AAAF TV-yə qısa müsahibə verib və rəqiblərinin çox güclü olduğunu deyib.