Tehran Məmmədov 55 kq-da qızıl medal qazandı

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Kişilər arasında ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar qalibi müəyyənləşdiriblər. Toplam 190 kq (88+102) nəticə göstərən Tehran Məmmədov rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə toplam 176 kq (79+97) nəticə ilə Əvəz Tağıyev, üçüncü yerə isə toplam 161 kq (71+90) nəticə ilə İsmayıl Qəmbərzadə çıxıb.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Kişilər. 55 kq

N Adı İl Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Məmmədov Tehran 2002 Qobustan UGİM 54.6 88 102 190
2. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 49.9 79 97 176
3. Qəmbərzadə İsmayıl 2003 Lənkəran Təhsil 54.7 71 90 161
4. Hüseynli Fizuli 2002 Sumqayıt Təhsil 54.9 67 78 145
5. Cavadov Ömər 2002 Xırdalan Zirvə 54.6 90

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz