Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Qobustanlı Tehran Məmmədov toplam 196 kq (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 190 kq (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kq (80+96) nəticə ilə Əvəz tağıyev tutub.
Təbrik edirik!
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilər. 55 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov Tehran | 2002 | Qobustan | UGİM | 55.0 | 90 | 106 | 196 |
2. | Məmmədov İsmayıl | 2000 | Lerik | Zirvə | 54.6 | 86 | 104 | 190 |
3. | Tağıyev Əvəz | 2002 | Neftçala | Zirvə | 50.3 | 80 | 96 | 176 |
4. | Həsənli Nihad | 2002 | Lənkəran | Zirvə | 51.3 | 69 | 87 | 156 |
5. | Hüseynli Fizuli | 2002 | Sumqayıt | Təhsil | 54.5 | 71 | 80 | 151 |
6. | Cəmilov Ülvi | 2003 | Gəncə | Təhsil | 54.5 | 64 | 82 | 146 |
7. | Hacıyev Elşad | 2004 | Xırdalan | Zirvə | 54.8 | 60 | 70 | 130 |
8. | Quliyev Namiq | 2004 | Neftçala | Zirvə | 49.8 | 58 | 69 | 127 |
9. | Qurbanov Ruslan | 2002 | Qobustan | UGİM | 49.7 | 53 | 0 | 0 |