21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
Kişilər arasında növbəti qaliblər 61 kq çəki dərəcəsində müəyyən olunub. Toplam 225 kq (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 200 kq (90+110) nəticə ilə Elşən Məmmədova, bürünc medal isə toplam 199 kq (89+110) nəticə ilə Mehman Qəzənfərova qismət olub.
Təbrik edirik!
61 kq
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Məmmədov Tehran | 2002 | Qobustan | Zirvə | 59.6 | 100 | 125 | 225 |
2. | Məmmədov Elşən | 2004 | Lənkəran | Zirvə | 57.3 | 90 | 110 | 200 |
3. | Qəzənfərov Mehman | 1995 | Gəncə | Təhsil | 60.8 | 89 | 110 | 199 |
4. | Həsənli Nihad | 2003 | Lənkəran | Zirvə | 59.7 | 90 | 108 | 198 |
5. | Nəbiyev Ravil | 2004 | Bakı | Spartak | 59.1 | 75 | 90 | 165 |
6. | Hüseynli Fizuli | 2002 | Sumqayıt | Təhsil | 59.5 | 74 | 80 | 154 |