9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır.
Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.
Onlardan biri – Tehran Məmmədov mübarizəyə qoşulub. İdmançımız 61 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 116 kq-ı ram edib. Təkanla qaldırmada isə 141 kq-ı başı üzərinə qaldırıb.
Toplam 257 kq (116+141) nəticə atletimizi yekun sıralamada 6-cı yeri tutub.