14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb. Körpücük üzərinə son olaraq çəkisi 67 kq-a qədər olan atletlər çıxıb.
Böyüklərdə toplam 290 kq (130+160) nəticə göstərən Tehran Məmmədov rəqiblərini böyük üstünlüklə arxada qoyub. Toplam 230 kq (103+127) nəticə ilə Yunis Bayramov 2-ci, 182 kq (82+100) nəticə ilə Qurban Abdullayev 3-cü yeri tutub.
Gənclərdə isə Yunis Bayramov qalib, Qurban Abdullayev 2-ci, toplam 179 kq (80+99) Vüqar Səlimov 3-cü yeri tutub.
Kişilər. 67 kq
N | Adı | İl | Şəhər /
Rayon |
Təşkilatı | Çəkisi | Təkanla | Birdən | Toplam |
1. | Tehran Məmmədov | 2002 | Qobustan | Bəhrə İK | 67.00 | 130 | 160 | 290 |
2. | Yunis Bayramov | 2008 | Sumqayıt | İOEUGİŞM-1 / Təhsil RİM | 66.95 | 103 | 127 | 230 |
3. | Qurban Abdullayev | 2007 | Yevlax | UGİM | 66.80 | 82 | 100 | 182 |
4. | Vüqar Səlimov | 2009 | Neftçala | Herkules İK | 63,75 | 80 | 99 | 179 |
5. | Ümid Nağıyev | 2007 | Bakı | İOEUGİM-5 / Təhsil RİM | 63.00 | 80 | 95 | 175 |
6. | Mustafa Həsənov | 2009 | Yevlax | UGİM | 63.10 | 78 | 96 | 174 |
7. | Amin Məmmədtağıyev | 2009 | Qazax | UGİM | 66.55 | 81 | 90 | 171 |
8. | Yusif Məmmədov | 2009 | Gəncə | UGİŞM-1 / Təhsil RİM | 62.14 | 77 | 94 | 171 |