9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Kişilər arasında çəkisi 61 kq-a qədər olan idmançılar da qaliblərin adına aydınlıq gətiriblər. Toplam 250 kq (115+135) çəkinin öhdəsindən gələn Tehran Məmmədov qızıl medala sahib çıxıb. Toplam 226 kq (101+125) nəticə ilə Rüstəm Qasımov ikinci, toplam 222 kq (97+125) nəticə ilə Qasım İsmayılov üçüncü yeri tutublar.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Tehran Məmmədov | 2001 | Qobustan | Zirvə | 60.8 | 115 | 135 | 250 |
2. | Rüstəm Qasımov | 2002 | Lənkəran | Təhsil | 61.0 | 101 | 125 | 226 |
3. | Qasım İsmayılov | 2005 | Qazax | UGİM | 61.0 | 97 | 125 | 222 |
4. | Elşan Məmmədov | 2004 | Lənkəran | Zirvə | 59.0 | 95 | 110 | 205 |
5. | Mehman Qəzənfərov | 1995 | Gəncə | Təhsil | 60.6 | 86 | 106 | 192 |
6. | Turan Əliyev | 2007 | Sumqayıt | Təhsil | 57.8 | 84 | 102 | 186 |
7. | Emil Quliyev | 2006 | Bakı | Təhsil | 60.7 | 81 | 90 | 171 |
8. | Ramil Abdullayev | 2004 | Şəki | Zirvə | 59.6 | 70 | 87 | 157 |
9. | Yusif Arzumanov | 2006 | Bakı | Neftçi | 60.3 | 65 | 85 | 150 |
10. | Kamran Qasımov | 2006 | Cəlilabad | UAAİK | 56.6 | 66 | 82 | 148 |