Sağlamlığının vəziyyətinə görə tərkibində qadağan edilmiş maddələr yaxud üsullar olan dərmanların istifadəsinə ehtiyacı olan idmançı terapevtik istifadəyə icazə (Tİİ) üçün müraciət edə bilər.
Antidopinq səylərinin əsas prinsiplərindən biri sizin sağlamlığınızı qorumaqdır.
Ola bilər ki, sizə sağlamlıq səbəblərindən qadağan edilmiş maddə yaxud üsul istifadə etmək tələb oluna bilər. Məcəlləyə əsasən, siz bunu edə bilərsiniz. Əsası odur ki, bunun üçün siz Tİİ, yəni Terapevtik İstifadə üçün İcazə əldə etməlisiniz.
Tİİ əldə edilməsi üçün bir neçə meyar qarşılanmalıdır, misal üçün: qadağan edilmiş maddə (yaxud üsulun) istifadəsi sağlamlığınız üçün zəruri olmalıdır; sağlamlığınız bərba olunduqda, onun istifadəsi məhsuldarlıq artımı ilə nəticələnməməlidir; və qadağan edilmiş maddə yaxud üsul üçün heç bir ağlabatan müalicə alternativi olmamalıdır.
Beynəlxalq və milli səviyyəli idmançılar həmçinin qaydaların digər mühüm aspektini anlamalıdırlar: təcili yaxud müstəsna hallar istisna olmaqla, Tİİ əvvəlcədən əldə olunmalıdır, retrospektiv yox.
Milli idmançılar üçün Tİİ-lərə AMADA tərəfindən nəzarət edilir. Beynəlxalq idmançılar üçün Tİİ-lər sizin Beynəlxalq Federasiyanız tərəfindən idarə edilir. Olimpiya oyunları və digər əsas tədbir təşkilatçıları həmçinin öz Tİİ-lərini təmin edə bilərlər.
Yeni müraciət ediləndə yaxud əvvəl təmin edilmiş Tİİ tanınma üçün ötürüləndə bunu Beynəlxalq Federasiyanız yaxud Milli Antidopinq Təşkilatınız ilə təsdiqləməlisiniz.
Diqqət! Milli Tİİ-nin beynəlxalq səviyyədə avtomatik tanınacağına tam arxayın olmayın. Hər hansı şübhəniz varsa, bunu Beynəlxalq Federasiyanız yaxud çoxidman oyun təşkilatçısı ilə məsləhətləşin.
Əgər Tİİ müraciətinə dair əlavə məlumata ehtiyacınız varsa, lütfən bizimlə bu elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayın: office@amada.az