Bu gün Tailandın paytaxtı Banqkok şəhərində Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) yeni prezident seçkiləri keçirilib. Əsas namizədlər macarıstanlı Tomaş Ayan və italiyalı Antonio Urso olub.
Səsvermədə Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi şəxsləri – vitse-prezident Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və Rəyasət Heyətinin üzvü Fəxri Ağayev də iştirak ediblər.
Seçkilərdə 86 səs toplayan Tomaş Ayan qalib gəlib. Onun rəqibi 61 səs toplayıb. 12 ildir IWF-in prezidenti postunda olan Ayan, daha 4 il bu vəzifəni yerinə yetirəcək.
Azərbaycan Ağır Atletika Federasiyası, onun Prezidenti Cahangir Əsgərov seçkilərdə qalib gələn Tomaş Ayanı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır, federasiyalar arasındakı dostluq əlaqələrinin davam edəcəyinə inamını bildirir.