15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Turan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və 4-cü olub.
Turanın təkanla qaldırma hərəkətində hər 3 yanaşması uğursuz olub və idmançı yarışı nəticəsiz bitirib.