Türkiyə atletlərindən üçdə üç: Aladdin Sayından qızıl medal!

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilir.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə oğlanlar 61 kq çəki dərəcəsində mübarizə aparıblar.

Türkiyəli atlet Aladdin Sayın toplam 176 kq (78+98) nəticə ilə qızıl medal qazanıb. Bu, qardaş ölkə təmsilçilərinin sayca üçüncü belə uğuru olub. Yarışa qatılan hər üç türkiyəli atlet fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib.

Bu çəkidə gümüş medalı iranlı Abolfazl Hacıpur 169 kq (76+93) nəticə ilə əldə edib. Bürünc medal isə Lənkəran atleti Hüseyn Heydərova qismət olub. O, toplam 142 kq (64+78) nəticə göstərib.

61 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Aladdin Sayın 2005 Türkiyə Zirvə 56.3 78 98 176
2. Hajipor Abolfazl 2006 İran Zirvə 60.4 76 93 169
3. Heydərov Hüseyn 2008 Lənkəran Zirvə 59.8 64 78 142
4. Güləlıyev Baloğlan 2005 Qobustan Zirvə 57.6 60 75 135
5. Əlirzayev Məqsəd 2005 Qazax Zirvə 58.3 52 67 119
6. Hüseynov İsmayıl 2006 Lənkəran Zirvə 59.0 53 60 113
7. İbrahimov Sübhan 2005 Qazax Zirvə 57.1 50 55 105
8. Babayev Xəyal 2007 Bakı Təhsil 59.0 45 55 100
9. Muxtarlı Cavidan 2006 Sumqayıt Zirvə 60.5 42 53 95
10. Şahverdiyev Ramin 2006 Lerik Zirvə 60.0 40 52 92

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Paylaş
Şərh yaz