12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarının ilk günü geridə qaldı. Yarışda çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar.
Bu çəkidə qızıl medalın sahibi Türkiyə idmançısı Bediha Tunadağı olub. O, yarışdan sonra AAAF TV-ə qısa müsahibə də verib, Bakıda özünü doğma divarlar arasında hiss etdiyini bildirib.