Turnir türkiyəli veteran atletin qələbəsi ilə başa çatdı

Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir başa çatdı.

Körpücüyə son olaraq veteran atletlər çıxdılar. Ustadların yarışında qızılı medalı Salih Süvar əldə etdi. 68 yaşlı türkiyəli atlet toplam 212 kq (95+117) çəkini ram edərək 435.75 xal toplayb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gümüş medalı isə Azrbaycan təmsilçisi Vladimir Jilyayev qazanıb. O, toplam 213 kq (92+121) nəticə və 432.63 xalla ikinci pillədə qərarlaşıb. Bürünc medal isə israilli Tolik Muşikə qismət olub. O, toplam 285 kq (130+155) və 364.46 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilib. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunub.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, növbəti dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak edə bildilər. Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən ağırlıqqaldıranların çıxışı oldu.
Ağır atletika üzrə turnir
-5 yaş qrupu və Veteranlar arasında keçirildi.
Qadınlarda 17 yaşa qədər və 17 yaşdan yuxarı,
-kişilərdə 17 yaşa qədər, 20 yaşa qədər və 20 yaşdan yuxarı olaraq bölündülər.
Turnir Beynəlxalq Ağır atletika federasiyasının “yarışların təşkili və keçirilməsi qaydaları” na əsasən keçirildi.
– Yarış şəxsi xarakter daşıyır, qaliblər və mükafatçılar hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdirildi.
– Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olundular.

N Ad Ölkə Çəki Birdən Təkanla Toplam Xal
1. Salih Süvar Türkiyə 84.90 95 117 212 435.75
2. Jilyayev Vladimir Azərbaycan 94.20 92 121 213 432.63
3. Tolik Muşik İsrail 85.30 130 155 285 364.46
4. Zeynalov Nizami Azərbaycan 60.60 100 110 210 361.24
5. Əliquliyev Teymur Azərbaycan 88.20 80 100 180 361.24
6. Yuri Lişeqa Ukrayna 59.20 95 120 215 357.94
7. Akif Rəhimov Belarus 94.00 100 130 230 326.15
8. Alıyev Akif Azərbaycan 58.30 70 80 150 324.37
9. Quliyev Səddar Azərbaycan 80.00 65 90 155 319.36
10. Məmmədov İltifat Azərbaycan 93.30 83 116 199 278.99
11. Əkbərov Emin Azərbaycan 79.50 85 95 180 260.56
12. Tağıyev Zəfər Azərbaycan 72.10 106 130 236 259.05
13. Nəbiyev İdris Azərbaycan 96.00 80 105 185 258.15

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz