Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir start götürüb. Sayca 16-cı olan turnir olacaq və artıq ikinci dəfə beynəlxalq status daşıyacaq.
Turnirin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Fizuli Musayev, Türkiyənin Adana şəhərinin Gənclər və İdman İdarəsinin rəisi Kadir Gül, “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidentləri Ruslan Xanverdiyev və Azər Əliyev, həmçinin digər idman və ictimai xadimləri fəxri qonaq qismində iştirak ediblər.
Mərasimi giriş sözü ilə “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, Azərbaycan ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov açıb. O, hər kəsi salamlayandan sonra Milli qəhrəman, sabiq ağır atlet Fəxrəddin Şahbazovun xatirəsinin həmişə uca tutulmasının vacibliyini, belə turnirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib: “Sayca 16-cı olan ənənəvi turnir artıq ikinci dəfədir ki, əcnəbi atletlərin də iştirakı ilə keçirilib. 13 ölkənin qatıldığı bu yarış yüksək təşkilatçılıq səviyyəsində təşkil olunub. Məqsədimiz şəhidlərimizin ruhunu bir daha yad etmək, hələ də öz terrorçu, işğalçı siyasətlərini davam etdirənlərə möhkəm olduğumuzu göstərmək, mübarizəmizin davam etdiyini nümayiş etdirməkdir. İdman elə bir vasitədir ki, onunla dünyamızda sülh, əmin-amanlığı bərqərar edə bilərik. Ona görə çalışırq ki, yarışlarımız ildən-ilə bütün dünyada təbliğ olunsun. Ölkəmizdə bu istiqamətdə böyük işlər görülür. Prezidentimiz cənab İlham Əliyev bu siyasəti dəstəkləyir, böyük qayğı nümayiş edirir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan idman ölkəsinə çevrilib. Ağır atletikada da görülən artmaqda, genişlənməkdədir. Fürstəən istifadə edib, Milli Olimpiya Komitəsinin prezidenti, Aazərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə, həmçinin ölkəmizdə idmanın inkişafına dəstək verən hər kəsə təşəkkür edirəm”.
Daha sonra söz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verilib. O, şəhilərin ruhuna nümyiş etdirilən hörmətin belə yüksək olmasını təqdir etdiyini bildirib: “Milli qəhrəmanımız Fəxrəddin Şahbazovun xatirəsinin idman yarışları ilə yad edilməsi, xarici qonaqların dəvəti ilə turnir keçirilərək təbliğ edilməsi çox gözəl haldır. Azərbaycan idman ölkəsidir, gündən-günə inkişaf edir, zirvələri fəth edir. Biz bir ölkəyik, vahid şəkildə uğurlara doğru irəliləyirik. Cüdo, taekvondo, ağırlıqqaldırma, güləş və digər idman növlərinin nümayəndələri bu gün burda, bu zaldadırlar. Bu bizim bir ailə olduğumuzu göstərir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə idmana gösərdiyi diqqət və qayğıya görə təşəkkür edir, uğurlarımızın davamlı olmasını arzulayırıq. Hamını bir daha salamlayır, “qoy güclü qalib gəlsin” deyirəm”.
Son olaraq çıxış üçün “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı tirbunaya qalxıb: “Bu gün Azərbaycan Televiziyası, onun kollektivi üçün operator yoldaşlarının, milli qəhrəman Fəxrəddin Şahbazovun turnirinin bu cür yüksək – beynəlxalq səviyyəyə qaldırılmasını görmək çox sevindirir, qürurlandırır. Belə tədbir və yarışların təşkili Azərbaycanda ictimai-siyasi proseslərin düzgün getdiyi, yeridilən siyasətin doğru olduğuna işarədir. AzTV-nin rəhbəri Arif Alışanov adından hər kəsi salamlayır, idmançılara uğurlar arzulayır, ildən-ilə turnirin möhtəşəmliyini artırmasını arzu edirəm. davam. Milli Olimpiya Komitəsinin prezidenti, Aazərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür edirəm”.
Sonra Azərbaycan Respublikasının dövlət himni çalınaraq yarışlar açıq elan edildi.
Sonda bir neçə xatirə plaketləri və hədiyyələri təqdim edildi. Onlardan ən yaddaqalanı Fəxrəddin Şahbazovun nəvəsi, babasının xatirəsinə adı verilmiş balaca Fəxrəddinlə bağlı oldu. Belə ki, Azərbaycan ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov ona ağır atletika milli komandasının forması və bu yarışın ilk qızıl medalını təqdim etdi. Mütəxəssis Fəxrəddinə babasının yolunu davam etdirməsini arzulayaraq, ömrünün sonuna qədər ağır atletika ailəsinin üzvü olacağını bildirdi.