Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnirdə ikinci və sonuncu yarış günüdür. Sayca 16-cı olan turnir olacaq və artıq ikinci dəfədir beynəlxalq status daşıyır.
Günün ikinci qrupunda yaşı 20-dən yuxarı atletlər mübarizə aparıblar. Yetərincə güclü ağırlıqqaldıranların medal yarışı çox maraqlı keçib. Sonda qızılı medalı Dmitro Çumak əldə edə bilib. Ukraynalı atlet toplam 380 kq (170+210) çəkini ram edərək 429.34 xal toplayb və çempion olub.
Gümüş medalı gürcü atlet Revaz Davitadze boynundan asıb. O, toplam 333 kq (150+183) nəticə və 402.75 xalla ikinci pillədə qərarlaşıb. Bürünc medal isə moldovalı Sergey Çekirə qismət olub. O, toplam 301 kq (135+166) və 402.69 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, növbəti dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak edə biləcəklər. Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.
Ağır atletika üzrə turnir
-5 yaş qrupu və Veteranlar arasında keçiriləcəkdir.
Qadınlarda 17 yaşa qədər və 17 yaşdan yuxarı,
-kişilərdə 17 yaşa qədər, 20 yaşa qədər və 20 yaşdan yuxarı olaraq bölünəcək.
Turnir Beynəlxalq Ağır atletika federasiyasının “yarışların təşkili və keçirilməsi qaydaları” na əsasənkeçiriləcəkdir.
-Yarış şəxsi xarakter daşıyır, qaliblər və mükafatçılar hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdiriləcəkdir.
-Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.
N | Ad | Ölkə | Çəki | Birdən | Təkanla | Toplam | Xal |
1. | Dmitri Çumak | Ukrayna | 96.20 | 170 | 210 | 380 | 429.34 |
2. | Revaz Davitadze | Gürcüstan | 83.00 | 150 | 183 | 333 | 402.75 |
3. | Sergey Çekir | Moldova | 69.60 | 135 | 166 | 301 | 402.69 |
4. | Fətullayev Rövşən | Azərbaycan | 97.50 | 155 | 195 | 350 | 393.29 |
5. | Mohsen Nizami | İran | 106.9 | 160 | 190 | 350 | 380.15 |
6. | Tağızadə Ceyhun | Azərbaycan | 85.00 | 137 | 176 | 313 | 374.04 |
7. | İsmayılov Kamran | Azərbaycan | 85.30 | 142 | 170 | 312 | 372.20 |
8. | Azər Məmmədli | Azərbaycan | 150.0 | 160 | 207 | 367 | 369.88 |
9. | Qocayev Emin | Azərbaycan | 84.20 | 136 | 165 | 301 | 361.40 |
10. | Zeynalov Orxan | Azərbaycan | 77.50 | 123 | 150 | 273 | 342.54 |
11. | Bayramov Sabit | Azərbaycan | 69.90 | 110 | 145 | 255 | 341.15 |
12. | Asomuddin Sanqov | Tacikistan | 82.90 | 125 | 150 | 275 | 332.80 |
13. | İbrahimli Paşa | Azərbaycan | 68.20 | – | – | – | – |
14. | Abışov Allahyar | Azərbaycan | 62.90 | – | – | – | – |