Fevral ayının 8-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda müxtəlif yaşda olan atletlər medallar uğrunda mübarizə aparıblar. Qaliblər Sinkleyr və Manone-Meltzer cədvəlinə əsasən müəyyən ediliblər.
Qızıl medalı gözlənildiyi kimi Vladimir Jilyayev qazanıb. 71 yaşlı atlet toplam 160 kq (70+90) nəticə 369.30 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Sonrakı yerləri müvafiq olaraq 225 kq (102+123) nəticə və 345.16 xalla Zəfər Tağıyev və toplam 265 kq (120+145) nəticə və 339.55 xalla Namiq Cəmilov tutublar.
Təbrik edirik!
N | Adı | İl | Şəhər | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam | Xal |
1. | Jilyayev Vladimir | 1948 | Bakı | Zirvə | 90.7 | 70 | 90 | 160 | 369.30 |
2. | Tağıyev Zəfər | 1973 | Samux | Zirvə | 74.5 | 102 | 123 | 225 | 345.16 |
3. | Cəmilov Namiq | 1982 | Gəncə | ARV | 88.6 | 120 | 145 | 265 | 339.55 |
4. | Quliyev Səddar | 1950 | Sumqayıt | Zirvə | 80.0 | 66 | 83 | 149 | 338.30 |
5. | Əkbərov Emin | 1973 | Sumqayıt | Zirvə | 87.8 | 100 | 1110 | 220 | 296.45 |
6. | Xıdırov Qələndər | 1955 | Ağdam | Zirvə | 75.3 | 60 | 83 | 143 | 290.10 |
7. | Vəliyev Nahid | 1983 | Gəncə | Təhsil | 89.9 | 101 | 121 | 222 | 279.25 |
8. | Bayramov Viruz | 1984 | Sumqayıt | Zirvə | 91.0 | 85 | 105 | 190 | 234.49 |