21-29 may tarixlərində Ustad ağır atletlər arasında onlayn dünya çempionatı keçiriləcək. Yarış Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) bayrağı altında ABŞ Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.
Çempionat qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyildir. Bu səbəbdən də IWF-in Ustadlar Komitəsi tərəfindən alternativ variant olaraq onlayn yarışın keçirilməsi qərarı qəbul edilib. Belə ki, çempionatda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalar uyğun və sıralama ilə yerinə yetirir.
Yarışda Azərbaycan atletlərinin də iştirakı təsdiqlənib. Ölkəmizi dünya çempionatında təmsil edəcək idmançıların adları yarışdan iki həftə öncə açıqlanacaqdır.
Dünya çempionatının vaxt cədvəli ilə tanış ola bilərsiniz: