Volodimir Hoza xatirə turnirinin qızıl medalçısıdır!

Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnirdə ikinci və sonuncu yarış günüdür. Sayca 16-cı olan turnir olacaq və artıq ikinci dəfədir beynəlxalq status daşıyır.
Bu gün kişilərin mübarizəsində yaşı 20-yə qədər olan körpücük üzərinə çıxıblar. Avropa və dünya çempionatlarının qalib və mükafatçıları olmuş atletlərin çempionluq yarışı maraqlı alınıb. Sonda qızıl medal Volodimir Hozaya qismət olub. Ukraynalı atlet toplam 377 kq (172+205) çəkini ram edərək 422.94 xal toplayb və bütün rəqiblərini üstələyib.
Gümüş medalı gürcü atlet Georgi Çxeidze boynundan asıb. O, toplam 368 kq (165+203) nəticə və 395.18 xalla ikinci pillədə qərarlaşıb. Bürünc medal isə azərbaycanlı Kənan Əliquliyevə qismət olub. O, toplam 282 kq (123+159) və 364.54 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunur.
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak etmək hüququ verilir. Bununla yanaşı, növbəti dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə iştirak edə biləcəklər. Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.
Ağır atletika üzrə turnir
-5 yaş qrupu və Veteranlar arasında keçiriləcəkdir.
Qadınlarda 17 yaşa qədər və 17 yaşdan yuxarı,
-kişilərdə 17 yaşa qədər, 20 yaşa qədər və 20 yaşdan yuxarı olaraq bölünəcək.
Turnir Beynəlxalq Ağır atletika federasiyasının “yarışların təşkili və keçirilməsi qaydaları” na əsasənkeçiriləcəkdir.
-Yarış şəxsi xarakter daşıyır, qaliblər və mükafatçılar hər yaş qrupunda «Sinkler» cədvəlinə görə topladığı xallara əsasən müəyyənləşdiriləcəkdir.
-Hər yaş qrupunda I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.

N Ad Ölkə Çəki Birdən Təkanla Toplam Xal
1. Volodimir Hoza Ukrayna 97.90 172 205 377 422.94
2. Georgi Çxeidze Gürcüstan 110.7 165 203 268 395.18
3. Əliquliyev Kənan Azərbaycan 73.60 123 159 282 364.54
4. Məmmədli Məhəmməd Azərbaycan 63.90 112 145 257 363.87
5. Xristo Sotirov Bolqarıstan 66.00 116 142 258 357.33
6. Beskov Kamran Azərbaycan 85.60 125 155 280 333.45
7. Daniel Lunqu Moldova 57.00 100 112 212 326.35
8. Bağırov Emil Azərbaycan 79.20 115 140 255 316.14
9. Rzazadə Ruslan Azərbaycan 54.70 88 110 198 314.83
10. Kasper Magelnitski Polşa 65.00 103 120 223 312.05
11. Mirzəyev Emin Azərbaycan 55.70 86 110 196 307.20
12. Qədirov Əhməd Azərbaycan 61.80 90 120 210 304.41
13. Şərifov Elşən Azərbaycan 71.80 101 125 226 296.55
14. Reza Asadi İran 101.7 110 148 258 285.22

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz