Yarışların son qalibi Ərdəbilli atlet oldu

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 150-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə son olaraq oğlanlar +61 kq çəki dərəcəsində mübarizə aparıblar.

İranlı atlet Taha Nemati toplam 270 kq (125+145) nəticə ilə qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 214 kq (100+114) nəticə ilə ukraynalı Yuri Kojuxar, bürünc medalı isə toplam 209 kq (94+115) nəticə ilə bakılı Hacı Əlimanov boynundan asıb.

+61 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Nemata Taha 2006 İran Zirvə 96.3 125 145 270
2. Kojuxar Yuri 2005 Ukrayna Zirvə 94.1 100 114 214
3. Əlimanov Hacı 2005 Bakı Təhsil 78.4 94 115 209
4. Arjomandibağa Səccad 2006 İran Zirvə 82.3 90 100 190
5. Çebotaru Daniel-Kalin 2005 Moldova Zirvə 69.7 85 103 188
6. İsmayılov Əbdülmətin 2005 Qazax Zirvə 68.0 80 95 175
7. Ebrahimzadeh Erfan 2006 İran Zirvə 89.6 75 89 164
8. Fətəliyev Hüseyn 2005 Lənkəran Zirvə 84.9 75 87 162
9. Bayramov Abdulrəşid 2005 Xırdalan Zirvə 77.8 70 88 158
10. Quliyev Nurəddin 2005 Gəncə Təhsil 81.4 68 83 151
11. Orucov Səbuhi 2005 Qazax Zirvə 65.6 60 77 137
12. Babazadə Murad 2005 Sumqayıt Zirvə 85.8 56 75 131
13. Osintsov Maksim 2006 İsrail Zirvə 72.1 45 55 100
14. Əliyev İmaməli 2005 Goranboy UGİM 63.2 55

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz