Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.
Növbəti yarış günündə 77 kq çəki dərəcəsində toplam 223 kq (104+119) nəticə ilə Yaşar Mamayev qalib olub. O yarışdan sonra AAAF TV-yə qısa müsahibə verib: “Azərbaycan birinciliyi çox yaxşı keçdi. Bu yarışdan öncə məşqlərimi ciddi şəkildə davam etdirirdim və nəhayət burada istədiyim nəticəni qazandım. Məşqçilərimə də təşəkkür edirəm”.