02-06 oktyabr tarixlərində Xaçmaz Olimpiya Kompleksinin yarış zalında 2005-06-cı il təvəllüdlü oğlan və qızlar arasında XI Respublika Oyunlarının ağır atletika yarışları keçiriləcək. Birincilikdə tabeçiliyindən asılı olmayaraq bütün idman məktəbləri, cəmiyyət və klubların üzvləri çıxış edə biləcəklər. Oyunlarda 200-dən çox yeniyetmə ağır atletin körpcükü üzərinə çıxaraq medal mübarizəsinə qoşulacağı gözlənilir.
Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.