Yeniyetmələrdən ibarət yığma komandamız da Astaraya toplanışa yollandı

Azərbaycanın yeniyetmə oğlanlardan ibarətə ağır atletika üzrə yığma komandası qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir. Millimiz bu dəfə Astaraya yola düşüb.

Təcrübəli məşqçilərin rəhbərliyi altında komanda bu şəhərdəki AAAF Park Yaşayış Kompleksinin “Zirvə” ağır atletika təlim-məşq bazasında hazırlıq keçəcək. Toplanış martın 29-na qədər davam edəcək.

Paylaş
Şərh yaz