Ağır atletika üzrə Azərbaycan yığma komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Atletlərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlıqlarını Emil Əliyevin rəhbərlik etdiyi məşqçilər heyətinin tapşırıqları əsasında davam etdirirlər. Yığma komandanın üzvləri lazımi şəraitlə təmin olunub.
Göygöldəki toplanış iyun ayının 28-nə qədər davam edəcək. Buna qədər yığma komanda Sumqayıt Olimpiya İdman Kompleksi və Şüvəlandakı Ağır Atletika Akademiyasında toplanışda olub.