Yığma komandaların dayaq təlim-məşq bazası istifadəyə verilib

Yanvar ayının 12-də ASK Arenada ağırlıqqaldırma üzrə yığma komandaların yeni təlim-məşq bazası istifadəyə verilib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə zala gələrək yaradılan şəraitlə tanış olub.

Ona məlumat verilib ki, dünya standartlarına uyğun qurulan zalda 12 məşq körpücüyü, əsas və köməkçi avadanlıqlar, fiziki hazırlıq üçün tələb olunan bütün lazımi alətlər yerləşdirilib. Məşq proseslərinin yüksək səmərəliliyinin təmini, hündürlük və havalandırma meyarları nəzərə alınıb, hazırlıqların ən yaxşı səviyyədə keçirilməsinə şərait yaradılıb. Bununla yanaşı, burada idmançıların ixtiyarına verilən oteldə qalma, qidalanma, bərpa və istirahət üçün bütün imkanlar təmin edilib.

Azərbaycan yığma komandası yanvarın 25-dən etibarən bu dayaq bazada yerləşəcək və qarşıdakı beynəlxalq yarışlara hazırlığını Türkiyədən sonra burada davam etdirəcək. Atletlərimiz fevralın 4-nə qədər hazırda ölkəmizdə olan Özbəkistan yığması ilə birlikdə məşq edəcəklər.

Paylaş
Şərh yaz