22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edəcək. Sizi yarışa qatılacaq atletlərin siyahısı ilə tanış edirik:
Oğlanlar
15 yaşa qədər: Şükürzadə Elvin (50 kq), Məmmədov Elşən, Həsənov Fuad (hər ikisi – 56 kq), Əliyev Murad, Nəbiyev Kamil (hər ikisi – 62 kq), Mamayev Yaşar (77 kq), Şükürlü Əli (85 kq), Quliyev Əli (94 kq).
17 yaşa qədər: Cavadov Ömər (50 kq), Alxasov Sale (56 kq), Qasımov Rüstəm, Hüseynov Elməddin (hr ikisi – 62 kq), Əliyev Füqan (69 kq), Alxasov Əlimərdan, Baxışov İsmayıl (hər ikisi – 77 kq), Babayev Tarmenxan (85 kq).
Qızlar
15 yaşa qədər: Muxtarlı Günel (44 kq), Qarayeva Selcan (48 kq), İmanova Fazilə (53 kq), Mayılov Səma, Opanasyuk Anna (hər ikisi – 58 kq), Mirzəzadə Fidan (63 kq), Hüseynova Rahilə (69 kq).
17 yaşa qədər: Rzazadə Lalə (58 kq), Hüseynzadə Fidan (69 kq).