10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 36 ölkədən 393 nəfər (192 qız + 201 oğlan) atlet iştirak edəcək. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 5 idmançımız qatılacaq. Onlar aşağıdakılardır:
U-15
Qızlar: Zəhra Niftəliyeva (71 kq).
Oğlanlar: Turan Əliyev (61 kq).
U-17
Qızlar: Rahilə Hüseynzadə (76 kq).
Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq).