2-10 dekabr tarixlərində İsrailin Eylat şəhərində yaşı 20 və 23-ə qədər olan gənclr arasında Avropa çempionatı keçiriləcək. Yarışda 40-a yaxın ölkədən 406 (238 kişi + 168 qadın) atlet qüvvəsini sınayacaq. Çempionatda Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edəcək. Siyahını diqqətinizə çatdırırıq:
Oğlanlar 20 yaşa qədər:
Xəlilov Kənan (56 kq), Məmmədli Məhəmməd (62 kq), Əliquliyev Kənan (77 kq), İsmayılov Hüseyn (85 kq).
Qızlar 20 yaşa qədər:
Əzimova Səbinə (48 kq), Abbasova Elnarə (63 kq), İbrahimova Firuzə (58 kq).
Oğlanlar 23 yaşa qədər:
Abışov Allahyar (62 kq), İbrahimli Paşa (69 kq), Tağızadə Ceyhun (85 kq), Nəbiyev Nailxan (94 kq), Məmmədli Azər (+105 kq).