Yığma komandamız dünya çempionatında iştirak edəcək

1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək. Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər.

Sizi komandamızın heyəti ilə tanış edirik:

Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi – 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi – 73 kq), Kənan Əliquliyev (81 kq), Tarmenxan Babayev (89 kq).

Paylaş
Şərh yaz