Qarşıdakı daxili və beynəlxalq yarışlara hazırlaşan ağır atletika üzrə yığma komandamızın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar. Yanvarın 22-də Azərbaycanı tərk edən atletlərimiz qarşıdakı 3 həftəni Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində keçirəcəklər. Komandanın bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.